ABŞ-də təyyarə evin üzərinə düşdü

DÜNYA 02 fev 2024, 21:30
ABŞ-nin Florida ştatında kiçik təyyarə qəza keçirərək evin üzərinə düşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində bölgədə yanğın baş verib.

Əraziyə polis, xilasetmə və təcili tibbi yardım qrupları göndərilib. 

İlkin baxış zamanı yanğın nəticəsində daha 3 evə ziyan dəydiyi müəyyən edilib. Ölən və ya yaralananların olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top