ABŞ senatorları Macarıstana çağırış etdi

DÜNYA 02 fev 2024, 20:30
ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya qəbul protokolunu ratifikasiya etməyə çağırıblar.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Senatının NATO Müşahidə Qrupunun həmsədrləri bəyanat yayıblar. 

Senatorlar birgə bəyanatlarında qeyd ediblər ki, İsveç gələcək təhlükələrin öhdəsindən gəlmək üçün NATO-ya unikal imkanlar qazandıracaq. 

Bu kontekstdə senatorlar Macarıstanın Baş naziri Viktor Orbanı İsveçin NATO-ya qəbul protokolunu dərhal təsdiq etməyə çağırıb.

Həmçinin, Macarıstanın İsveçin təklifini təsdiqləməyən sonuncu NATO üzvü olduğu vurğulanıb

Son olaraq Macarıstanın "hərəkətsizliyi"nin ABŞ və NATO ilə münasibətlərinə zərər vuracağı bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top