Ramazan Kadırov qızına vəzifə verdi

REGİON 01 fev 2024, 00:30
Çeçenistan rəhbəri Ramazan Kadırovun qızı Xədicat Kadırova ölkə başçısının və hökumətinin aparatı rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib.

“Report” xəbər verir ki, bu barədə regional parlamentin sədri Maqomed Daudov məlumat verib.

“Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırovun nəvəsi Çeçenistan Respublikasının başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini – Çeçenistan Respublikasının naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm.

Xədicət Kadırova zəhmətkeşliyi, fədakarlığı və qarşıya qoyulan tapşırıqların həllinə məsuliyyətlə yanaşması ilə seçilir”, - deyə o bildirib.

Əvvəllər o, Qroznı şəhər meriyasında məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top