"Həyat yoldaşım atamdan böyük idi" — Meyxanaçı Samirə

ŞOU-BİZNES 31 yan 2024, 11:19
"Həyat yoldaşım yaşda atamdan böyük idi, amma onu sevirdim".
 
Demokrat.az xəbər verir ki, bu sözləri Samirə Yusifqızı Nanə Ağamalıyevanın "7 tamam" verilişində deyib.
 
Qısa sürən evlilik həyatından danışan müğənninin etirafları gündəm olub.
 
"Qızımı körpəlikdən elə özüm böyüdürəm. Yoldaşım rəhmətə gedəndə qızımın altı, oğlumun səkkiz yaşı var idi. 10 il ailəli olmuşam. Toyda idik, mən ifa edirdim, o oynayırdı. Gördüm ki, rəngi ağardı. Əyləşdirdik masaya, elə orda da dünyasını dəyişdi. Aramızda 22 yaş fərq var idi. Amma biz bilmirdik bu qədər fərqi, aldatmışdı məni. Sevirdim onu. Bilsəm bəlkə də evlənməzdim. Fazil müəllim yaşda hətta atamdan da böyük idi. Mənim 18 onun 40 yaşı var idi. Mən onun ikinci ailəsi idim. Oğlumun yolunu gözləyəndə onun yaşını bildim, ağladım aldadıldığım üçün amma küsmədim". (Azxeber.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top