“Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında səmərəli addımlar atmalıyıq” — Rauf Zeynidən AÇIQLAMA

DAXİLİ SİYASƏT 31 yan 2024, 10:42
“Milli QHT formu olaraq biz dekabr ayında regionlarda, yanvar ayında Naxçıvanda və Bakıda Milli QHT Formunun Respublika forumları keçirtdik. Bu formların vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr, QHT hökümət münasibətlərinin inkişafı, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, ictimai iştirakçılığın təmin olunması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər mühüm, priaritet  istiqamətlər üzrə məsələlər müzakirə olunub”.

Bu sözləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni forumun gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləri, istiqamətləri və məqsədləri haqqında QHT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün ölkəmizin əldə etdiyi zəfər, ölkə prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman şəhidlərimiz hesabına, qazilərimizin sayəsində əldə olunmuş zəfər bəzi Azərbaycanı sevməyən qüvvələr, güc mərkəzləri tərəfindən həzm olunmur: “Ona görə də Azərbayacana qarşı ədalətsiz və qərəzli siyasət həyata keçirilir. Bugünkü mərhələdə ölkəmizin, dövlətimizin, hakimiyyətin qarşısında mühüm vəzifələr olduğu kimi vətəndaş cəmiyyətinin də özünə məxsus üzərinə müəyyən vəzifələr düşür. Elə məsələlər var ki, dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin onların diqqətinə çatdırılması, eyni zamanda ölkəmizdə keçiriləcək beynəlxalq COP29 və mühüm tədbirlərdə Azərbaycan vətəndaş cəmiyyətini layiqincə təmsil etməliyik, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında səmərəli addımlar atmalıyıq”.

QHT sədri həmçinin qeyd edib ki, bu istiqamətlərdə təklifləri, layihələri var, onlara dəstək əldə edilməli, istər Qeyri hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, istərsə də özəl sektor və digər donorlar tərəfindən bu layihələrini gerçəkləşdirməlidirlər ki, qeyd olunan məsələlərlə əlaqədar vətəndaş cəmiyyəti də öz layiqli tövfələrini verə bilsin.

Qeyd edək ki, Azərbaycan Respublikasında ictimai sektorun müasir tələblərə uyğun formalaşmasına, cəmiyyətdə QHT-lərin rolunun artırılmasıma və onların fəaliyyətinin güclənməsinə münbit şərait yaratmaq, vətəndaş cəmiyyətinin formalaşması üzrə dünya təcrübəsindan yararlanaraq müxtəlif proqramlar, layihələr hazırlamaq və müvafiq dövlət orqanlarına, beynəlxalq təşkilatlara və fondlara təqdim etmək, QHT-lərlə dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaratmaq, üzv təşkilatların milli və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə, hüquqlarının müdafiəsinə çalışaraq, ümummilli məsələlərin həllində QHT-lərin həmrəyliyinə nail olmaq, QHT-lərin müsbət iş təcrübəsini yaymaq və müxtəlif istiqamətli informasiya bolluğu və təlimlərlə təmin etmək Milli QHT Forumunun fəaliyyətlərinə aiddir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top