“Qarabağ”dan yeni rekord

İDMAN 29 yan 2024, 10:53
“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə 50-ci qolunu vurub. “Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi bu saya XX turda “Kəpəz”lə görüşdə çatıb.

Rəqibini 2:1 hesabı ilə məğlub edən çempionun heyətində yubiley qoluna matçda son nöqtəni qoyan Toral Bayramov imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bununla ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və daha çox qol vurmağı bacarıb. Bu isə yeni rekordudu.
Ətraflı

“Qarabağ” bununla “Neftçi”ni geridə qoyub. “Ağ-qaralar” 14 mövsüm bu göstəriciyə çatıb.

Ümumiyyətlə, 32 illik çempionatda komandalardan birinin 50 qola çatmaq göstəricisi 62-ci dəfə reallaşıb. Bunu isə 17 klub bacarıb.

“Qarabağ” 15, “Neftçi” 14, “Kəpəz” 7, “Şamaxı” 4, “Bakı”, “Turan”, “Şəmkir” 3, “Karvan”, “Xəzər” (Sumqayıt), “Xəzər Lənkəran” 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” (Bakı), “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” isə 1 dəfə mövsüm ərzində 50 qola çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top