Bakıda 29 yaşlı oğlan əmisini öldürməyə cəhd etdi — TƏFƏRRÜAT

KRİMİNAL 26 yan 2024, 19:29
Bakının Qaradağ rayonunda əmisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Nəcməddin Şahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fərid Namazovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü Nəcməddin Şahverdiyev şəxsi münasibətlər zəmində yaranan mübahisə zamanı əmisi, 1976-cı il təvəllüdlü Ərəstun Şahverdiyevi bıçaqlayıb. 

Nəcməddin Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top