Qayınana gəlininin başqa kişilərlə danışmasından şübhələndi, sonra isə... — TƏFƏRRÜAT

KRİMİNAL 26 yan 2024, 14:33
Astara rayonunda 2005-ci il təvəllüdlü Sevda şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qayınanası Vəsiləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. Sevda yaşadığı evdə qayınanası  mübahisə edib. Mübahisə zamanı gəlin qayınanasının sağ əlini qəsdən dişləyərək ona xəsarətlər yetirib. 

Hadisəni törədən Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, qayınanası Vəsilə ilə aralarında qərəzli münasibət olmayıb: “Hadisə günü, saat 23 radələrində evdə qayınanamın əlimdən telefonu alaraq yoxlamaq istəməsi səbəbindən aramızda mübahisə baş verdi. Mübahisə zamanı qayınanam telefonu əlimdən almaq istəyən zaman onun sağ əlini möhkəm dişləyərək ona xəsarət yetirdim”. 

İş üzrə zərərçəkmiş Vəsilənin sözlərinə görə, hadisə günü, saat 23 radələrində evdə gəlini Sevdanın kənar şəxslərlə, yəni kişilərlə danışığı və yazışmasından şübhələnib: “Buna görə də gəlinimin əlindən telefonu alaraq yoxlamaq istədim. Bu zaman gəlinim telefonumu vermədi, sağ əlimi möhkəm dişləyərək mənə xəsarət yetirdi”. 

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevda aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top