“Bu baş verərsə, manatın məzənnəsi...”

GÜNDƏM 25 yan 2024, 21:28
ABŞ-də prezident seçkilərində namizədliyini irəli sürən Tramp prezident seçiləcəyi təqdirə neftin qiymətinin 30-40 dollara enəcəyini vəd edib. Neftin ucuzlaşması manatın sabit məzənnəsinə təsir edəcəkmi?

İqtisadçı ekspert Eldəniz Əmirov bu barədə Demokrat.az-a açıqlama verib:



“İlk öncə onu bildirim ki, Trampın hakimiyyətə gəlməsindən sonra uzun müddətli dövr ərzində neft qiymətlərinin 30-40 dollar civarında saxlanılması gözlənilən deyil. Bu, Tramp tərəfindən söylənilən utopik bir proqnozdur. Amma belə bir hal baş verərsə və 3-4 aydan çox davam edərsə, manatın məzənnəsi üçün ciddi təhdid yarana bilər”.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri ilə bağlı praymerizlər (ilkin seçkilər) başlayıb. ABŞ-nin sabiq prezidenti Donald Tramp seçkilərdə namizəd olmaq üçün partiyasından namizədliyini irəli sürüb. Artıq Tramp Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə rəqibi Nikki Heyliyə qalib gələrək Respublikaçılar Partiyasının namizədi olmağa bir addım da yaxınlaşıb. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün verdiyi vədlərdən biri də neftin qiymətinin 30-40 dollara enəcəyi olub.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top