Bağça müəllimi olmaq istəyənlər müsahibəyə çağırılır

SOSİAL 24 yan 2024, 10:18
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

BŞTİ-dən Demokrat.az-a bildirilib ki, test imtahan mərhələsində uğur qazanan (35 və daha çox bal toplayan) və 2023-cü il dekabrın 12-dək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunurlar.

Müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək. Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apellyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top