153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçdi

DAXİLİ SİYASƏT 18 yan 2024, 16:47
İndiyədək 25 min 841 müşahidəçi akkreditasiyadan keçib. Onların 153 nəfəri beynəlxalq müşahidəçilərdir.

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 18-də keçirilən iclasında deyib.

O bildirib ki, ölkə üzrə müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 2 min 832 müşahidəçi akkreditasiyadan keçib. Dairə seçki komissiyalarında isə konkret dairə ərazisində müşahidə aparmaq üçün 22 min 856 nəfər müşahidəçi akkreditasiyadan keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top