“Liftlərin istismarı zamanı mütləq təhlükəsizlik qaydalarına riayət olunmalı, iftin texniki göstəriciləri daim yoxlanılmalıdır. Lift harada quraşdırılıbsa, mütləq həmin məkanda onun təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır. Həmin şəxslər liftin aqreqatları, detalları, qurğuları, mexanizmləri, əyləc sistemi, troslar, relslər, elektrik və mühərrik sistemlərini mütəmadi yoxlamalıdırlar. Bu detalların hər biri sertifikatlı məhsullar olmalıdır. Qəzaların qarşısının alınması üçün lift şaxtasının tikintisindən tutmuş, onun konservasiyası, quraşdırılması standartlara cavab verən məhsullar istifadə edilməklə həyata keçirilməlidir. İstifadə müddəti başa çatan qurğular yenilənməlidir, bu işlər də ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.
O bildirib ki, liftin istismar qaydalarının pozulması qəzalara səbəb ola bilər:
“Qəzalar lift normadan artıq yükləndikdə, quraşdırılması zamanı montaj işi düzgün həyata keçirilmədikdə, istismar müddəti bitən avadanlq və qurğular vaxtında dəyişdirilmədikdə, elektrik sistemində nasazlıq yarananda baş verir. Nasaz vəziyyətdə olan liftin istismarı dayandırılmalı, nasazlıqlar dərhal aradan qaldırılmalıdır.
Elektrik sistemində yaranan nasazlıq səbəbindən liftdə baş verən yanğın dəhşətli sonluqla bitə bilər. Binada elektrik enerjisi kəsilsə belə lift ikinci şəbəkəyə qoşulu olmalıdır.
Təəssüf ki, elə yaşayış binaları var ki, işıq sönəndə lift də dayanır, bu, yolverilməzdir, liftin içindəki şəxslər panikaya düşə bilərlər”.
E.Nurəliyev qeyd edib ki, liftdən istifadə edən insanlar da bəzi qaydalara əməl etməlidirlər:
“Lift kabinəsində lüzumsuz hərəkətlər etmək, onun tavanına toxunmaq, eyni vaxtda bir neçə düyməni basmaq, liftin qapısının arasında dayanmaq, lift hərəkətdə olarkən qapıya toxunmaq, onu aralamaq olmaz. Liftin mərtəbədə dayandığından əmin olandan və qapılar açılıb özünü güzgüdə görəndən sonra liftə daxil olmaq lazımdır. Bəzən ola bilər ki, lift çatır, texniki qapı açılır, amma lift həmin mərtəbədə olmur, insan addım atanda şaxtaya düşə bilər”.
Ekspert əlavə edib ki, müasir liftlər bir neçə parametrə görə sığortalanır:
“Bu liftlərdə əsas və qorucuyucu qurğu sistemi olur. Liftin sürəti artan kimi avtomatik kilidlənmə baş verir. Trosu qırılsa belə, kabinənin özündə olan əyləc sistemi işə düşür və liftin şaxtaya düşməsinin qarşısı alınır.
Ümumiyyətlə liftlər təhlükə potensiallı obyektlər sırasındadır. Lift, eskalator kimi qurğuların istismarı texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına, sanitar normalara uyğun olmalıdır. Bəzən insanlar üçün nəzərdə tutulan liftlə yük qaldırılır, bu da liftin istismar müddətini azaldır”.
Qeyd edək ki, dünən axşam saatlarında Xətai rayonu Gəncə prospektində yaşayış binasında lift qırılıb, 4 nəfər xəsarət alıb.
Törə Zeynallı
Demokrat.az