"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.
Demokrat.az xəbər verir ki, bu vəzifəyə Natəvan Bayramova təyinat alıb.
Qeyd edək ki, N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.
Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər, elm və təhsil departamentinin direktor müavini işləyib.
Natəvan Bayramova 2019-2022-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin, 2023-2025-ci illərdə Dövlət Miqrasiya Xidmətinin sözçüsü vəzifəsində çalışıb.
Xatırladaq ki, Natəvan Bayramova bu ilin aprel ayında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsindən ayrılmışdı.