"Azəriqaz"da yüksək vəzifəyə TƏYİNAT

SOSİAL 08 iyul 2025, 22:48
"Azəriqaz"da yüksək vəzifəyə yeni təyinat olub.

Ajans.az-ın əldə etdiyi məlumata görə, "Azəriqaz"da yeni təyinat olub. Fərhad Mədətov Baş Direktorun müşaviri təyin edilib.

Onun haqqında məlumatı təqdim edirik:

Mədətov Fərhad Əminağa oğlu 2 iyun 1979 cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə həmin universiteti bakalavr və maqistr dərəcələr ilə bitirib.

2002-ci və 2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olub.

Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ Müharibəsinin veteranıdır. Zəngilanın azad olunmasına görə, Cəbrailin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Ehtiyatda olan zabitdir.

Fərhad Mədətov 08/2006- 03/2007 European Tobacco Baku ASC , Vəzifə - Böyük mühasib

03/2008 – 12/2017 Agro-Azərinvest MMC, Vəzifə – Maliyyə Departamentinin Direktoru

12/2017- 12/2019 Gilan Holding, Vəzifə - Grupun Maliyyə Nəzarətçisi

12/2019- 08/2024 Azerbaijan Fish Farm MMC, Vəzifə – Baş Maliyyə İnzibatçısı

01/2024- Odlar Yurdu Universiteti, Vəzifə – Mühazirəçi müəllim

08/2024- 02/2024 ATS Food MMC, Vəzifə – Maliyyə Departamentinin Direktoru işləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top