9 nəfərin öldüyü faciədən sonra Tağı İbrahimov ölkədən qaçıb? — SENSASİON İDDİA

GÜNDƏM 17 yan 2024, 11:18
Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri olduğu deyilən, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, ATV-nin eks-prezidenti Tağı İbrahimovun 9 nəfərin ölümünə səbəb olan faciədən sonra ölkədən qaçması barədə iddialar səsləndirilir. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, sözügedən partlayışdan sonra Tağı İbrahimov Türkiyəyə gedib.

Məsələ ilə bağlı Tağı İbrahimov Demokrat.az-ın sualına cavabında hazırda Türkiyədə olduğunu təsdiqləyib. Ancaq o, ölkədən qaçması ilə bağlı sualı cavabsız qoyaraq, telefonu söndürüb. 

Qeyd edək ki, bundan əvvəl "Qaynarinfo" saytı sözügedən mebel sexinin Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olması barədə məlumat yayıb. Belə ki, Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodu "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlidir. Daha sonra Hacı İbrahim Nehrəmli də sözügedən sexin sahibinin qardaşı Tağı İbrahimov olduğunu sayta təsdiqləyib.

Onu da bildirək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.


Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top