Elvin Basqallı qəzaya düşdü — YENİLƏNİB

HADİSƏ 14 yan 2024, 17:13
Tanınmış aparıcı Elvin Basqallı və ailə üzvlərinin düşdüyü qəzanın bəzi təfərrüatları məlum olub.

Lent.az-ın xəbərinə görə, Elvin Basqallıya məxsus “Hyundai” markalı minik avtomobili 3 dəfə aşıb.

Qəza nəticəsində aparıcının anası yüngül xəsarət alıb. Elvin Basqallı və digər ailə üzvlərinin durumu isə yaxşıdır.

16:01

Tanınmış  jurnalist Elvin Basqallı və ailə üzvləri ağır qəzaya düşüb.

Demokrat.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə yaxınları paylaşım edib.

Elvin Basqıllı və ailə üzvlərinin olduğu avtomobilin bir neçə dəfə aşdığı, Elvin Basqallının durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, Elvin Basqallı hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.

15:45

Məşhur aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.

Demokrat.az manset.az-a istinadən xəbər verir ki, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb.

Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı avtomobildə olub.

Əlavə məlumat veriləcək.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top