16 qəpiyə satılan yumurtanı xaricə 12 qəpiyə satırlar

İQTİSADİYYAT 12 yan 2024, 17:35
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycandan xarici ölkələrə 40 milyon 985 min ədəd toyuq yumurtası ixrac olunub.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda yer alıb.

Məlumat üçün bildirək ki, Azərbaycandan ixrac olunan yumurtanın bir ədədinin gömrük dəyəri 7 sent (12 qəpik) olub.

Müqayisə üçün bildirək ki, daxili bazarda satılan toyuq yumurtasının 1 ədədinin qiyməti 16 qəpiyə bərabərdir. Açıqlanan məlumatdan belə nəticəyə gəlmək olur ki, daxili bazarda satılan yumurtanın qiyməti xaricə satılan yumurtanın qiymətindən təxminən 33% bahadır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top