Abşeronda həyat yoldaşını və körpəsini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 11 yan 2024, 18:33

Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Ayla Hüseynlini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi başlayır.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseyinlinin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. F.Hüseynliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top