Lənkəranda avtomobil 17 yaşlı yeniyetməni vurub

HADİSƏ 10 yan 2024, 21:00
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili piyada, rayonunun Aşağı Nüvədi kənd sakini 2007-ci il təvəllüdlü Şahrza Ağayar oğlu Əliyevi vurub.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. İlkin tibbi yardımdan sonra Ş.Əliyev travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top