2024-cü ildə bu iki regionda dəhşətli müharibə ola bilər — Hərbi ekspert

GÜNDƏM 06 yan 2024, 16:45

2024-cü ildə Tayvan və Yaxın Şərq yeni hərbi münaqişə nöqtələrinə çevrilə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə lenta.ru-ya rusiyalı hərbi ekspert, Rusiya Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru Yuri Knutov bildirib.

"Tayvanın müstəqil elan oluna bilməsi təhlükəsi var. Belə olan halda Çinin hərbi əməliyyatlara başlamaqdan başqa yolu qalmayacaq", deyə Knutov qeud edib.

O xatırladıb ki, 2024-cü ildə Tayvanda prezident seçkiləri keçiriləcək və gələcək inkişaflar əsasən onun nəticələrindən asılı olacaq. Hazırkı Çin konstitusiyasına görə, Tayvan Çin Xalq Respublikasının bir hissəsidir.

Yaxın Şərqdə onsuz da davam edən münaqişədən danışan ekspert bunun ərəb ölkələri ilə İsrail arasında toqquşmaya çevrilməsi ehtimalından narahatlığını bildirib. Onun fikrincə, Birləşmiş Ştatlar indiyədək ərəb ölkələrini birbaşa müdaxilədən və hərbi güc tətbiq etməkdən çəkindirə bilib, lakin İsrail tərəfindən düşünülməmiş hərəkətlər baş verərsə, bu, gərginliyə səbəb ola bilər.

"Hamısı deyil, bəzi ərəb ölkələri müdaxilə edəcək və sonra bu say daha da artacaq", deyə Knutov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top