Tovuzda qatar piyadanı vuraraq öldürüb

HADİSƏ 02 yanvar 2024, 23:30
Tovuz stansiyasında teplovoz dəmiryolu üzərinə çıxmış piyadanı vuraraq öldürüb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmiryolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib”, – qurum bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top