“Kanalların yaşayış məntəqələrindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülməlidir” — Ekspert

SOSİAL 30 dek 2023, 18:30
 Cəlilabadda iki uşaq kanala düşərək ölüb. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib. Təəssüf ki, belə bədbəxt hadisələr tez-tez yaşanır. Su hövzələri, kanalların ətrafında isə təhlükəsizlik tədbirləri aparılmır.

Ekoloq Rövşən Abbasovun fikrincə burada valideyn məsuliyyətsizliyi də özünü göstərir:


“Digər tərəfdən, yeni çəkilən kanallarda suyun axma sürəti yüksək olur, çünki daha kiçik kanala daha çox həcmdə su ötürülür. Ona görə də kanala düşən şəxs oradan asanlıqla çıxa bilmir. Buna görə ərazidə mütləq qoruyucu işarələr qoyulmalı, mühafizə olmalıdır, zonalaşdırma işi aparılmalıdır. Dərin kanalların kənarı işarələnməlidir. Azyaşlıların oraya yaxınlaşmasının qarşısını almaq üçün mühafizə çəpərləri qurulmalıdır. Düzdür, bunu hər yerdə etmək olmur, kanalların sayı da çoxdur. Amma hər bir halda kanalların yaşayış məntəqələrindən keçən hissəsində bu cür təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top