Ukrayna xaricdə yaşayan vətəndaşlarını orduya cəlb etməyə hazırlaşır

DÜNYA 21 dek 2023, 18:28
Xaricdə yaşayan ukraynalı kişilər gələn il orduya çağırılacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov açıqlama verib.

O bildirib ki, Ukraynadan kənarda yaşayan 25-60 yaş arası ukraynalı kişilərə Hərbi Xidmətə qəbul çağırışı göndəriləcək. 

Hər kəsə qarşı ədalətli olmaq istədiklərini bildirən Umerov, hərbi çağırışa əməl etməyənlərin cəzalandırılacağını, lakin bunun necə ediləcəyi ilə bağlı araşdırmaların davam etdiyini vurğulayıb. 

Qeyd edək ki,hazırda Almaniyada hərbi xidmət üçün uyğun olan təxminən 190 min ukraynalı yaşayır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top