Paşinyan Putinin Qarabağla bağlı iddiasına CAVAB VERDİ

XARİCİ SİYASƏT 20 dek 2023, 09:57
“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Federasiyasının prezidenti “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Mən özüm də mətbuatdan öyrəndim ki, Rusiya belə bəyanatlar verəcək”.

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Rusiya prezidenti Vladimir Putinin “Ermənistan özü  “Dağlıq Qarabağ”dan imtina edib, “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb” bəyanatına münasibət bildirərkən deyib.

Paşinyan bildirib ki, Putinin bu açıqlaması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla ziddiyyət təşkil etdi. Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan-Ermənistan sərhədində döyüşlər baş verəndə rəsmi İrəvan KTMT-yə və Rusiyaya müraciət edib, amma reaksiya sıfır olub.

Paşinyan deyib ki, “Fərrux hadisələri” zamanı da Rusiya və KTMT-dən reaksiya olmayıb.  Bu münasibətlərdən sonra rəsmi İrəvanın KTMT-yə münasibəti dəyişib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top