Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ 17 dek 2023, 21:46

Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report" un şimal-qərb bürosuna bildirilib.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top