İsrail qaçqın düşərgəsinə hücum etdi: 23 ölü

DÜNYA 11 dek 2023, 22:28
İsrail minlərlə fələstinlinin sığındığı Qəzza zolağının mərkəzindəki Məqazi Qaçqınlar Düşərgəsini vurub.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu mülki yaşayış məntəqələrinə reyd və hücumlarını gücləndirib. 

Bu gün İsrail qüvvələri Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində yerləşən və minlərlə məcburi köçkün fələstinlinin sığındığı Məğazi Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib. 

Hücumda 23 fələstinli həyatını itirib, çox sayda yaralı isə Əl-Əqsa xəstəxanasında müalicə altına alınıb. 

Dağıntılar altında qalan çox sayda insanın axtarışları davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top