İsrail helikopteri öz əsgərlərini vurdu

DÜNYA 08 dek 2023, 23:45
İsrail ordusuna aid Apaçi helikopteri binanı hədəf alarkən yanlışlıqla öz əsgərini vurub.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, İsrail ordusuna məxsus Apaçi helikopteri yanlış binanı hədəf alıb və içəridə İsrail əsgərləri olub. 

Ynet helikopter hücumunda bir İsrail əsgərinin öldüyünü yazıb. 

Həyatını itirən şəxs İsrail ordusunun Qəzzada öldürülən 91 əsgər siyahısına daxil edilib, lakin əsgərin adı açıqlanmayıb.

Ynet daha əvvəl də oxşar hadisələrin yaşandığını, lakin heç birində İsrail əsgərinin ölmədiyini qeyd edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top