Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub

GÜNDƏM 08 dek 2023, 23:00

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub.

“Report”un məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılmalıdır.

Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Qərar qəbul edildikdən sonra ən geci iki gün müddətində (dekabrın 10-dək) dərc edilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top