Rusiya və Belarus idmançıları üçün Paris 2024 QƏRARI

İDMAN 08 dek 2023, 23:10
Rusiya və Belarus idmançıları 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında “Neytral idmançı” kateqoriyasında mübarizə apara biləcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.

Məlumata görə, Olimpiadada Rusiya və Belarusun bayraqları, emblemləri və himnlərindən istifadə edilməyəcək.

Paris 2024-də bitərəf kimi iştirak edən Rusiya və Belarus idmançılarından digər idmançılara şamil olunan bütün antidopinq qaydalarına əməl etmələri tələb olunacaq.

Oyunlar çərçivəsində hər iki ölkənin hökumətlərindən heç bir rəsmi Parisə dəvət edilməyəcək və akkreditasiyadan keçməyəcək.

Qeyd edək ki, Ukraynaya qarşı müharibəyə fəal dəstək verən idmançıların Paris 2024-ə buraxılmayacağı açıqlanıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top