2020-ci ilin noyabrından bəri 340 Azərbaycan vətəndaşı mina qurbanı olub

GÜNDƏM 08 dek 2023, 21:59

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina qurbanı olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki səhifəsində dərc etdiyi infoqrafikada deyilir.

İnfoqrafikada qeyd olunub ki, göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 275 nəfər isə yaralanıb.

2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 111 mülki şəxs və 164 hərbçi yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top