İlham İsmayılov: “Bu seçkilərdən sonra daxildə islahatları tam müşahidə edəcəyik”

GÜNDƏM 08 dek 2023, 17:36
“2018-ci ildə hələ torpaqlarımız işğal altında idi, buna baxmayaraq Prezident İlham Əliyevin reytinqi həmin dövrdə də çox yüksək idi və 86 faizlə seçkilərdə qalib gəldi. Aradan beş il ötüb və İlham Əliyev seçki öncəsi torpaqlarımızın azad olunması istiqamətində verdiyi bütün sözlərə əməl edib, tarixi bir qələbənin Ali Baş Komandanıdır. Bu seçkilərdə İlham Əliyev ölkəmizin suveren hüquqlarını tam bərpa edib, torpaqlarımızı işğaldan azad edib, ölkədə separatizmə son qoyub. Belə bir məqamda seçkilərə getməklə İlham Əliyev həm alternativsizdir, həm də bütün xalqın rəğbətini qazanaraq seçkilərdə şəriksiz bir liderdir”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib.

O, qeyd edib ki, Qarabağ problemini həll etməklə Prezident İlham Əliyev xarici təhdidlərdən ölkəmizi xilas edib:

“Ölkəmiz bu gün regionda əsas söz sahiblərindən birinə çevrilib. Azərbaycan ictimaiyyəti artıq Ermənistandan ciddi təhdid gözləmir. Bununla belə xalqımız daxili problemlərin həllinə, köklü islahatların aparılacağına da inanır. Prezidentin xarici qüvvələrə, separatçılara qarşı tuşlanmış dəmir yumruğu indi içəridə inkişafımızı əngəlləyən, xalqı, sahibkarları incidən bəzi qurumlara və şəxslərə qarşı olmalıdır. Bu prosesin özü də çox vacibdir. Bu gün cəmiyyətdə saflaşma, təmizlənmə getməlidir. Milli, vətənpərvər qüvvələrin icra strukturlarında çalışması dövlət maraqlarımızın təmin olunmasına daha çox fayda verər. İnanırıq ki, bu ilk prezident seçkiləri olacaq ki, hər qarış torpağımızda azad şəkildə keçiriləcək. Bu seçkilərdən sonra biz həm də daxildə islahatları tam müşahidə edəcəyik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top