MSK sədrindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

DAXİLİ SİYASƏT 08 dek 2023, 16:51
Müraciət edən beynəlxalq qurumların nümayəndələrinə həmişə qapılarımız açıq olub.

Demokrat.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, MSK müəyyən qərəzli münasibət görəndə onu da açıq şəkildə müzakirə edib: “Yenə də beynəlxalq təşkilatlar hər hansı məsələni qaldırsa, bunu açıq şəkildə ictimaiyyətə çatdıracaq və müzakirələri də o cür, açıq aparacağıq. Mətbuatı da həmin proseslərdə iştiraka dəvət edəcəyik. Burda yaradılan şəraitdən istifadə etməyərək kimdənsə soruşaraq bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top