Tez qocalan orqanlar qan testi ilə müəyyən edilə bilər

MARAQLI 07 dek 2023, 18:41
ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları qan analizi ilə 11 orqan və toxumada olan zülalları tədqiq edərək, onların sürətlə qocalıb-yaşlanmadığını müəyyən etmək mümkün olduğunu ortaya qoyub.

Demokrat.az
xəbər verir ki, universitetin bu barədə araşdırması "Nature" jurnalında dərc olunub.

Tədqiqatçılar təxminən 5700 insan üzərində qan analizi apararaq, beyin, ürək, ağciyər, qaraciyər, bağırsaq, böyrək, qan damarları, immun sistemi, əzələlər, mədəaltı vəzi, yağ toxuması və toxumada yüzlərlə zülalı araşdırıb.

Orqanların tez və ya yavaş yaşlanmasını araşdıran tədqiqatçılar, qan testləri ilə sürətlə qocalan orqanların aşkar edilməsinin mümkün xəstəliklərin kliniki simptomları görünməzdən əvvəl müalicəyə istiqamət verə biləcəyini ifadə ediblər.

Tədqiqatçılar, beyin, böyrək və ürək kimi orqanları "daha tez qocalan" insanların bu orqanlarla əlaqəli xəstəliklərə tutulma riskinin digərlərinə nisbətən daha yüksək olduğunu bildirib.

Orqanları yaşıdlarına nisbətən daha tez qocalmış insanlarda xəstəlik riskinin daha yüksək olduğunu qeyd edən tədqiqatçılar, 50 və daha yuxarı yaşda olan hər 5 nəfərdən birinin ən azı bir orqanının sürətlə qocaldığına diqqət çəkiblər.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top