İraqın şimalında 2 terrorçu zərərsizləşdirildi

DÜNYA 05 dekabr 2023, 21:48
İraqın şimalındakı Haftanin bölgəsində aşkarlanan 2 PKK terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Türk Silahlı Qüvvələri terrorla mübarizəni davam etdirir:

"Silahlı qüvvələrimiz, tap, məhv et" şüarı ilə terrorçuların üzərinə dəmir yumruq vurmağa davam edir. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində Haftanin bölgəsində 2 PKK terrorçusu aşkarlanıb və PUA ilə zərərsizləşdirilib”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2025, 11:10
17 sentyabr 2025, 10:09
Top