Vaşinqton yaxınlığında güclü partlayış — VİDEO

DÜNYA 05 dek 2023, 08:11
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində yaşayış binasında güclü partlayış baş verib.

Demokrat.az “The Washington Post”a istinadən xəbər verir ki, bundan bir qədər əvvəl polis axtarış aparmaq üçün evə gəlib.

Polis Arlinqton dairəsində bir evdə məşəl tapançasından açılan atəşlə bağlı məlumatı araşdırırdı. Onlar yaxınlaşanda ev sakini “bir neçə dəfə atəş açıb” və qısa müddət sonra partlayış olub. Polis hadisənin başvermə şəraitini araşdırır.

Evə gələn polis əməkdaşları “yüngül xəsarətlər” alıblar və xəstəxanaya yerləşdirməyə ehtiyac duymayıblar. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Qeyd edək ki, Arlinqton dairəsi paytaxt Vaşinqtonun yaxınlığındadır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top