Biləsuvarda ər arvadını döydü

KRİMİNAL 04 dek 2023, 11:55
Biləsuvar rayonunda 1976-cı il təvəllüdlü Xanlar ailə münaqişəsi zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 23-də Biləsuvar şəhəri, Sahil küçəsində baş verib. 

Xanlar fərdi yaşayış evinin həyətində, orta dərəcəli sərxoşluq vəziyyətində arvadı Könül ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Könülü döyüb. 

Hadisəni törədən Xanların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yetkinlik yaşına çatmış oğlu aldığı su motorunu quraşdırmadığına görə arvadına irad tutması səbəbindən yumruqla onu vurub: “Arvadıma xəsarət yetirdiyim zaman sərxoş vəziyyətdə olmuşam”. 

İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, avqustun 23-də, saat 01 radələrində aralarında baş vermiş münaqişə zamanı əri onu yumruq ilə vuraraq, ona xəsarətlər yetirib. O bildirib ki, sonradan əri ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırıb və onunla barışığa nail olub.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xanların zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Xanların barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top