Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirildi

SOSİAL 03 dek 2023, 15:45
Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.

Bu barədə DİM-dən bildirilib.

Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın 3-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

İmtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın 9-da keçirilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top