Salyanda iki nəfər dəm qazından boğularaq ölüb

HADİSƏ 03 dek 2023, 13:45
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top