Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib — FOTO (VİDEO)

GÜNDƏM 02 dekabr 2023, 20:59

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib.

 Hikmət Hacıyev sosial şəbəkədə yazıb:

“Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı: Azərbaycanın pavilyonu bizim yaşıl enerji və iqlimlə bağlı siyasətimizi, flora və faunanın müxtəlifliyini, həmçinin Ermənistanın 30 il davam etmiş işğalı zamanı basdırdığı minaların yaratdığı ətraf mühitə təsirləri – torpağın deqradasiyası və eroziyasını, suyun çirklənməsini nümayiş etdirir”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top