Bitkoinin qiyməti yenidən bahalaşdı

MALİYYƏ 02 dek 2023, 09:15
Dekabrın 1-də Bitkoin məzənnəsi 19 aylıq maksimumunu yeniləyərək 38,8 min dollara çatıb.

“Report”un məlumatına görə, bunu "Coinmarketcap" ticarət platformasının məlumatları sübut edir.

Belə ki, cari artım ABŞ-da inflyasiyanın yavaşlaması və ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsinin mümkün azaldılması ilə bağlı investorların nikbinliyi ilə əlaqələndirilir.

Müsbət dinamika sənaye tənzimlənməsində qarşıdan gələn dəyişikliklərlə də dəstəklənir.

Dekabr ayında Bitkoinin qiyməti 45 min dollar səviyyəsinə qalxa bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top