“Mənzilə çıxarış almaq asanlaşacaq” — Ekspert

SOSİAL 01 dek 2023, 17:26
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb. 

Mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bakupost.az -a deyib ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradıldıqdan sonra mənzilə çıxarış almaq asan olacaq.

Belə ki, vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər:

“Sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isə tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər. Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yeni sistemin yaradılmasında əsas məqsəd, vətəndaş-məmur ünsiyyətini minimuma endirməkdir”. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top