Avtomobil ilə mikroavtobus toqquşdu: 15 yaralı

HADİSƏ 01 dek 2023, 14:32
Türkiyədə minik avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Kocaeli vilayətində baş verib.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım və xilasetmə qrupları göndərilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Qəza səbəbilə yol nəzarət altına alınsa da, nəqliyyat vasitələri geri çəkildikdən sonra normala dönüb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top