Zaqatala rayonunda tanışına xəsarət yetirməkdə təqsirləndirilən İlham Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə Zaqatalanın Kəpənəkçi kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Elnur Hidayət oğlu Abdurahmanovla rayonun Mosul kənd sakini, 1974-cü il təvəllüdlü İlham Əsədullayev arasında mübahisə baş verib.
Mübahisə zamanı İlham Əsadullayevəlində olan bizlə Elnur Abdurahmanova xəsarət yetirib.
İlham Əsədullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdın sağlamlığa ağır xəsarət yetirmə) maddəsi üzrə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az