“Yeni metro xətlərinin salınmaması şəhər nəqliyyatının daha da yüklənməsinə səbəb olur” — Ekspert

GÜNDƏM 28 noy 2023, 15:26
Dubayda 14 metro stansiyasının tikintisinə 5 milyard dollar vəsait ayrılıb.  

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, şəhərin biznes və yaşayış yerlərini, eləcə də hava limanını birləşdirəcək 14 stansiyadan ibarət 30 km uzunluğunda yeni metro xəttinin tikintisi 18 milyard dirhəmə (təxminən 5 milyard ABŞ dolları - Red) başa gələcək.

Dubayla müqayisə etmək doğru olmasa da hər halda paytaxt Bakıda da metro stansiyalarının sayının artırılmasına ehtiyac var.  Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bildirib ki, konseptual plana əsasən müəyyən xətlərin tikintisi nəzərdə tutulub:



“56 yaşlı Bakı metrosunun yetərincə inkişaf etməməsi ciddi problemdir. Bu artıq bəzi stansiyalarda həddindən artıq yüklənməyə gətirib çıxarıb. Nəzərdə tutulan xətlərin tikintisi artıq icra edilməlidir. Koroğlu – Dərnəgül, Xətai – Həzi Aslanov istiqamətində xətlərin ayrılması vacib layihədir. Bənövşəyi xəttin ən azından Qış Bulvarına yaxın əraziyə kimi davam etdirilməsi, Dərnəgül deposunun tikintisi həyata keçirilməlidir. Xocəsən stansiyanın açılışında bunlar qeyd olunmuşdu. Bu layihələri müxtəlif cür maliyyələşdirmək olar. Dövlət, özəl və ya dövlət – özəl tərəfdaşlıq modeli tətbiq oluna bilər. İcrası nə qədər çox vəsait tələb etsə də, yerinə yetirilməlidir. Yeni metro xətlərinin salınmaması şəhər nəqliyyatının daha da yüklənməsinə səbəb olur. Bu, gələcəkdə mövcud infrastruktura digər problemlər də yarada bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top