Müdafiə naziri: Atəşkəsdən sonra İsrail bütün Qəzza zolağında vuruşacaq

DÜNYA 27 noy 2023, 23:53

Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları bütün anklavda döyüşlərə daha intensiv şəkildə davam edəcək.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

"İndi sizin bir neçə gününüz var. Amma biz döyüşə qayıdıb daha da güclü hərəkət edəcəyik", - nazir bildirib.

O vurğulayıb ki, İsrail bütün anklavda döyüşəcək.

Noyabrın 27-də Qətər Xarici İşlər Nazirliyi Qəzza zolağında İsrail əsgərləri ilə HAMAS qüvvələri arasında atəşkəsin daha iki gün uzadıldığını təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top