93 yaralı fələstinli uşaq BƏƏ-yə göndərildi

DÜNYA 27 noy 2023, 22:12
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralanan fələstinli uşaqlar və xərçəng xəstələrinin də olduğu 93 nəfərin müalicə üçün BƏƏ-yə gətirildiyini açıqlayıb.

Demo.krat.az
xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumatda, Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qəzzadan olan 1000 yaralı uşağın və 1000 xərçəng xəstəsinin BƏƏ-də xəstəxanalarda müalicə olunmasına dair göstərişi xatırladılıb.

Həmçinin, Misirin Ariş şəhərindən BƏƏ-nin paytaxtı Əbu-Dabiyə 80-i təcili müalicəyə ehtiyacı olan xərçəng xəstələri və yaralı fələstinli uşaqların da olduğu 93 nəfərin gətirildiyi bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top