Azad olunan ərazilərə 4000 nəfər köçürülüb

QARABAĞ 24 noy 2023, 16:07
İşğaldan azad olunan ərazilərə indiyə qədər 4000-ə yaxın keçmiş məcburi köçkün köçürülüb.

Demokrat.az
xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərə ümumilikdə 1000 ailə qayıdıb.

F.Hüseynov bildirib ki, bu ilin sonunadək daha 300 ailə azad olunan ərazilərə köçürüləcək.

"Bununla da Qarabağ və Şərqi Zəngəzura köçürülən insanların sayı 6500 nəfərə çatacaq", - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top