Vatsapdan daha bir yenilik

İKT 21 noy 2023, 23:59

Vatsap messencerinin tərtibatçıları istifadəçilərə e-poçtu öz hesablarına bağlamağa imkan verən yeni funksiyaya giriş açıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, mobil əlaqə olmadıqda faydalı ola biləcək telefon nömrəsindən istifadə üçün əlavə seçimdir.

Hesabın elektron poçtla yoxlanılması funksiyası vatsapda ilk dəfə qeydiyyatdan keçərkən SMS vasitəsilə alınan PİN kodun daxil edilməsi ehtiyacını əvəz etmir. Yenilik yalnız telefon nömrəsindən istifadə etmədən cihazdakı mövcud hesaba daxil olma prosesini sadələşdirir. SİM karta və ya mobil bağlantıya çıxışınız yoxdursa, bu faydalı ola bilər.

Qeyd olunur ki, həmsöhbətlər istifadəçinin e-poçt ünvanını görə bilməyəcək.

Yenilik uzun müddətdir ki, iOS və Android üçün vatsapın beta versiyalarının istifadəçiləri arasında sınaqdan keçirilir. İndi funksiya tədricən messencerin stabil versiyalarının istifadəçiləri arasında paylanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top