Qubad İbadoğlu barədə qərar VERİLDİ

HADİSƏ 16 noy 2023, 15:34
Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Demokrat.az
xəbər verir ki, qərar Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilib.

Siyasətçi barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu avqust ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top