Məşhur aktrisa ərinin ad gününü sevgi dolu paylaşımla qeyd etdi

ŞOU-BİZNES 14 noy 2023, 19:10
Türkiyəli tanınmış aktrisa Hande Soral ərinin ad gününü sevgi dolu paylaşımla qeyd edib.

Demokrat.az xəbər verir ki, aktirsa bu barədə şəxsi “instagram” hesabında paylaşım edib.

Xoşbəxt münasibəti davam edən məşhurlardan biri olan İsmail Demircinin noyabrın 13-də 39 yaşı tamam olub. 

Hande Soral sosial media hesabında ərinin ad gününü qeyd etməyi unutmayıb.

İzləyicilərinə əri ilə romantik fotosunu təqdim edən Hande Soral instaqram paylaşımına ürək emojisi ilə "Ad günün mübarək sevgilim, səni çox sevirəm" yazıb.

Qeyd edək ki, Hande Soral 2015-ci ildə eşq yaşamağa başladığı həmkarı İsmail Dəmirçi ilə 2017-ci ildə ailə həyatı qurub. Cütlüyün 1 oğlu var.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top